"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf klubun televiziya kanalına müsahibə verib. Sportal.az xəbər verir ki, rumıniyalı mütəxəssis məşq prosesindən və Misli Premyer Liqasının 26-cı turunun "Şamaxı" ilə görüşündən gözləntilərini söhbət açıb.
- Hazırlıq prosesi necə gedir?
- Bu gün hava çox yaxşıdır. Hazırlıq çox yaxşı gedir. Bütün oyunçular sərəncamımızdadır. Yola saldığımız turda yaxşı oyun göstərdikdən sonra növbəti tura hazırlaşırıq. İstəyirik ki, davamını gətirək.
- Şamaxıdakı meydançanın sünii örtüklü olması komandanın oyununa təsir edə bilər?
- Biz oradakı meydança haqda düşünmürük. Qələbə qazanmaq üçün hazırlaşırıq. Səviyyəmizi ortaya qoyaraq, bacardığımızı göstərməyə çalışacağıq. Düzdü, normal örtük deyil. Amma qalib gəlmək istədiyimizi göstərməliyik.
- Arzuladığınız "onbirliyi" tapmısız?
- Bir neçə dəfə demişəm ki, zədəli oyunçuların olmasına, komandadakı problemlərə görə, belə şansım yaranmamışdı. İndi hər şey qaydasındadır. Bütün oyunçular bizimlədir. Bu da nəticəyə öz təsirini göstərir.
- "Turan Tovuz"la matçdakı əsas heyəti "Şamaxı"ya qarşı da görəcəyik?
- Baxacağıq. Ataa Caberin zədələnməsi məni üzür. Ancaq futboldur, bu cür hadisələr baş verir. Ümid edirəm ki, tezliklə bərpa ediləcək və bizimlə olacaq. Belədə, orta mövqedə variantlarımız çoxalacaq. Sezar Meza Kollinin qol vurmasına sevinirəm. Yaxşı da futbol oynadı. Başa düşməliyik ki, 7 aylıq zədədən sonra qayıdıb. Bir period gələ bilər ki, əvvəlki səviyyədə olmasın. Bunun üzərində işləyirik. Mezanın hansı keyfiyyətlərə sahib olduğunu bilirik. Amma mən ona inanıram. Güvəndiyimi də hər məşqdə göstərirəm. Ümid edirəm ki, belə də, davam edəcək.
- Yeni transferlər komandaya tam uyğunlaşıblar, yoxsa zamana ehtiyac var?
- Bütün futbolçular artıq komandaya öyrəşiblər. Yeni transferlərin hər biri "Neftçi"də oynamaq üçün yetərli səviyyədə olduqlarını göstəriblər. Deyə bilərik ki, səviyyəmiz bir az da, artıb. Ümid edirəm ki, mövsümü zədəsiz bitirərlər.
Mirbağırağa
saytlarin hazirlanmasi