"Şeydayevin "Neftçi"yə keçəcəyi ilə bağlı yayılan xəbərlər şayiədir"

14:32 - 10 Mart 2023

"Neftçi"nin idman direktoru Zaur Əzizov klubun televiziya kanalına açıqlama verib.

Sportal.az xəbər verir ki, klub rəsmisi son günlərdə "Qarabağ" və millimizin üzvü Ramil Şeydayevin "Neftçi"yə keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:

"Ramil Şeydayevin "Neftçi"yə keçəcəyi ilə bağlı yayılan xəbərlər şayiədir. Sözsüz ki, milli komandamızın üzvlərini heyətimizdə daha çox görmək istəyirik. Söhbət "Neftçi"dən gedirsə, burada ən yaxşılar olmalıdır. Ramillə bağlı hansısa addım atılmayıb, komanda daxilində düşünülməyib. Heç bir məsələ yoxdur. Düşündüyümüz adlar var. Amma Ramillə bağlı hansısa addım yoxdur".

Mirbağırağa

Xəbər xətti