"Komanda sırf bir oyunçudan asılı olmalı deyil"

18:36 - 10 Mart 2023

"Hazırlığımız yaxşı səviyyədə davam edir. Hər şey öz qaydasındadır. Zədədən sonra tam hazır olduğumu deməzdim. 100 faiz hazır olmağım üçün zaman lazımdır. Məşqdən-məşqə, oyundan-oyuna artırmalıyam. Amma hiss edirəm ki, əvvəlki formama yaxınam".

Sportal.az xəbər verir ki, bu sözləri "Nefçti"nin yarımmüdafiəçisi klubun televiziya kanalına açıqlamasında bildirib.

"Ağ-qaralar"ın aparıcı futbolçusu Ataa Caberin zədələnməsindən də danışıb: "Zədələr futbolun bir hissəsidir. Buna öyrəşməliyik. Amma komanda sırf bir oyunçudan asılı olmalı deyil. "Neftçi" deyəndə, bütün komanda nəzərdə tutulur. Komanda oyunu nümayiş etdirərək çalışacağıq ki, növbəti matçlarda yaxşı nəticə əldə edək".

Mirbağırağa

Xəbər xətti