"Turan Tovuz"da şok itki: Hücumçu matçdan öncə zədələndi

15:04 - 11 Mart 2023

"Turan Tovuz" Premyer Liqanın 26-cı turunda öz meydanında "Qəbələ"ni qəbul edir.

Sportal.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi bu görüşdən öncə ciddi itki ilə üzləşib. Belə ki, tovuzluların hücumçusu Natan Oduva isinmə hərəkətləri zamanı zədələnib. Onun əvəzinə Belajdi Pusi matça start heyətdə başlayıb.

Qeyd edək ki, hazırda ilk hissəsi davam edən "Turan Tovuz" - "Qəbələ" qarşılaşmasında hesab açılmayıb.

Xəbər xətti