"Neftçi"nin forvardı: "Şamaxıda oynamaq çətindir"

18:29 - 12 Mart 2023

"Komandamı təbrik edirəm. Çətin oyun alındı. Səfər oyunları həmişə ağır olur. Ələlxüsus da, Şamaxıda. Sünii örtüklü meydanda oynamaq çətindir. İkinci yarıda daha yaxşı oynayıb, qələbə qazandıq. Oyundan-oyuna, məşqdən-məşqə çalışacam ki, özümü yaxşı tərəfdən göstərim".

Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin forvardı Vato Arveladze oyundan sonra klubun televiziya kanalına deyib.

O, özü üçün hansı mövqedə oynamağın daha rahat olduğunu da bildirib: "Hücumun həm sol , həm sağ cinahında oynamağı bacarıram. Amma özümü hücumçunun arxasında özümü daha rahat hiss edirəm. Baş məşqçi hansı mövqeyi tapşırırsa, ora da da özümü yaxşı tərəfdən göstərməyə çalışacam".

Mirbağırağa

Xəbər xətti