"Neftçi" braziliyalı forvardı transfer etməyi planlaşdırır

12:26 - 13 Mart 2023

"Neftçi"nin qış "transfer pəncərəsi" zamanı heyətinə qatdığı Mateus Saldanya klubda özü haqda müsbət fikir formalaşdırmağı, ümidləri doğrultmağa bacarıb.

Sportal.az saytına verilən məlumata görə, Yaponiyanın "Cef Yunayted Tiba" klubundan icarəyə götürülən braziliyalı hücumçu özü də, Bakını və "Neftçi"ni çox bəyəndiyindən ölkəmizdə qalmaq niyyətindədir. 

Yaponiyaya, əvvəlki klubuna qayıtmaq variantına müsbət yanaşmayan Saldanya maksimum bu il dekabrın 31-nə qədər “Neftçi”də qala biləcək. Məsələ burasındadır ki, paytaxt təmsilçisi onu bu müddətə qədər icarəyə götürüb. 

Mənbənin iddiasına görə, Saldanya "Neftçi"nin gələcək planlarında yer alıb. Klub onun transfer hüququna yiyələnmək üçün artıq danışıqlara başlayıb. Əgər razılıq əldə olunarsa, klub onunla uzunmüddətli müqavilə imzalayacaq.
 

Xəbər xətti