"Neftçi" müqaviləsi cari mövsümün sonunda başa çatacaq qapıçısı İvan Brkiçə yeni sözləşmə təklif edib.
Sportal.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı qolkiper yeni müqavilə imzalamağa tələsmir.
Buna səbəb isə, onun başqa təkliflərə sahib olmasıdır.
27 yaşlı kiper 2022-ci il yanvarın 22-dən "Neftçi"nin qapısını qoruyur.