"Neftçi"nin qapıçısı İvan Brkiç mövsümün qalan hissəsində komandanın qarşısına qoyulan vəzifələrdən danışıb.
Sportal.az "Večernji list"ə açıqlama verən xorvatiylı qapıçı "Neftçi"nin məqsədlərindən söz açıb:
"Gizlətməyəcəyəm, bizim artıq çempionluq şansımız yoxdur. Amma "Sabah"la Premyer Liqada ikinci yer uğrunda mübarizə aparacağıq. İndi əsas məqsədimiz Azərbaycan kubokunu qazanmaqdır.
Artıq yarımfinaldayıq. Turnirin əsas favoritləri - "Qarabağ" və "Sabah" mübarizədən kənarlaşıb. Bu turnirdə böyük ambisiyalarımız var".