"Neftçi" braziliyalı hücumçu ilə müqavilə şərtlərini razılaşdırdı

12:48 - 14 Mart 2023

"Qəbələ"nin hücumçusu Rafael Utrix "Neftçi" rəhbərliyi ilə apardığı danışıqları yekunlaşdırıb.

Sportal.az sportinfo.az-a istinadən xəbər verir ki, braziliyalı legioner "ağ-qaralar"ın irəli sürdüyü 2 illik müqavilə şərtləri ilə razılaşıb.

Laurentsiu Regekampf bu transferin gerçəkləşməsinə etiraz etməyib. Rumıniyalı baş məşqçi cənubi amerikalı forvardın komandanı gücləndirəcəyi fikrinə bir qədər ehtiyatla yanaşsa da, rəsmilərlə münasibətlərinin gərginləşməməsi üçün "mən onu istəmirəm" deməyib.

İndi qalır Müşahidə Şurasının mövqeyi. Görək ötən ilin dekabrında yenidən formalaşdırılan şuranın üzvləri bu keçidə nə deyəcək. İdarəçilərə də qaranlıq qalan budur ki, onlar növbəti transfer çalışmasına okey verəcək, ya yox.

Əvvəl belə məsələlərdə sərbəst qərar verə bilirdilər. Son illərdəki yanlış əməliyyatların sayının xeyli artması daha "yuxarı"nı qayğılandırıb və bu sahəyə nəzarət gücləndirilib.

Xəbər xətti