Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib:
Misli Premyer Liqasının XXVI turunun "Kəpəz” – “Zirə” oyununda “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilsin (maddə 39);
“Kəpəz” – “Zirə” görüşündən əvvəl oyun günü planının pozulmasına görə “Kəpəz” klubu 800 manat cərimə edilsin (maddə 84);
XXVI turun “Turan Tovuz” – “Qəbələ” oyununda “Turan Tovuz” azarkeşləri tərəfindən meydançaya yad əşya atıldığına görə “Turan Tovuz” klubu 1600 manat cərimə edilsin (maddə 51.1).
saytlarin hazirlanmasi