Panama millisinin üzvü haqda: "Onu azad agent kimi sifariş etmək problem olmamalıdır"

11:18 - 21 Mart 2023

"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Azərbaycana yeni dəvət etdikləri panamalı futbolçu Roderik Miller barədə danışıb.

Sportal.az saytına danışan qərb klubunun çalışdırıcısı 30 yaşlı mərkəz müdafiəçisinin mövsümün gedişində sifariş edəcəklərini bildirib:

"Roderiki bizə iki həftə əvvəl təklif etmişdilər. İraq komandasında hansısa problem olmuşdu və sərbəst agent idi. Rəhbərliklə danışdıq. Onun indilərdə gəlib bizə kömək etməsi, gələn mövsümə qədər Azərbaycan çempionatını yaxşı tanımasının daha məqsədəuyğun idi. Bu cür imkan yarandı və danışıqlarımız da müsbət nəticələndi. Futbolçunun özü ilə də razılığa gəldik. Milleri azad agent statusu ilə sifariş etmək problem olmamalıdır. Bu yöndə işlər davam etdirilir. Yaxın günlərdə onu sifariş etməyə çalışacağıq".

Panama millisində də forma geyinmiş Miller “Merida”(Meksika), “San Fransisko”(Panama), “Atletiko Nasyonal”(Kolumbiya), “Feyrense”(Portuqaliya), “Okjetpes”(Qazaxıstan), “Al-Kuva”, “Əl-Mina”(hər ikisi İraq) klublarında çıxış edib.

Mirbağırağa

Xəbər xətti