"Turan Tovuz" futbolçusu Şəhriyar Əliyevlə müqavilənin müddətini uzadıb.
Sportal.az xəbər verir ki, bu barədə bölgə klubunun mətbuat xidməti məlumat yayıb. Kapitanla sözləşmənin müddəti 2024-cü ilin yayına qədər artırılıb.
Qeyd edək ki, Şəhriyar Əliyev mövsümün əvvəlindən "Turan Tovuz"da çıxış edir. 30 yaşlı mərkəz müdafiəçisi qərb bölgəsi təmsilçisinin heyətində meydana çıxdığı 27 matçda 1 qol vurub.
saytlarin hazirlanmasi