“Mançester Siti”nin sabiq futbolçusu Divine Naah Azərbaycanda oynamağa çox yaxındır.
Sportal.az saytına verilən məlumata görə, qanalı futbolçu “Turan Tovuz”la müqavilə imzalaya bilər. Onun sənəd məsələləri yoluna qoyulduğundan Azərbaycana gələ bilib. Həkim müayinəsindən keçdikdən sonra Tovuza yollanacaq 26 yaşlı yarımmüdafiəçi yeni komandası ilə rəsmi müqavilə imzalayacaq.
“Mançester Siti”nin sabiq üzvü “Stromsqodset”, “NAK Breda”, “Nordşallend”, “Örebro”, “Tubize”, “Hapoel Raana”, “Mosta” və “Kauno Jalqris” klublarında çıxış edib.
saytlarin hazirlanmasi