"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 29-cu turunda doğma meydanda "Şamaxı"nı qəbul edəcək.
Sportal.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi bu oyuna bir itki ilə çıxacaq. "Sumqayıt"la matçda zədələnən Piruzi Marakvelidze komandaya kömək edə bilməyəcək.
Gürcü yarımmüdafiəçi hazırda müalicə olunur. O, 10 günlük müalicə prosesindən sonra məşqlərə başlayacaq.
Qeyd edək ki, "Turan Tovuz" - "Şamaxı" qarşılaşması sabah saat 16:00-da baş tutacaq.
saytlarin hazirlanmasi