"Neftçi" futbolçusuna yeni müqavilə təklif etməyi planlaşdırır

14:34 - 11 Aprel 2023

"Neftçi" yeni mövsüm üçün əksər oyunçularını komandada saxlamaq istəyir.

Sportal.az saytına verilən məlumata görə, paytaxt klubu yetirməsi olan İsmayıl Zülfüqarlınını buraxmaq niyyətində deyil.

Premyer Liqada mübarizə aparan əksər komandaların transfer siyahısında yer alan 2001-ci il təvəllüdlü futbolçu "Neftçi"də qala bilər. 

İddiaya görə, futbolçu özü də paytaxt klubunda qalmaq niyyətindədir. Amma futbolçu daha çox meydanda olmağa can atır. "Neftçi"nin Zülfüqarlıya yeni bir illik müqavilə təklif edəcəyi gözlənilir. U-21 yığmamızda oynamış müdafiəçinin "Neftçi" ilə müqaviləsi 2023-cü il iyunun 30-da başa çatacaq.

Xəbər xətti