"Neftçi" Toralı icarəyə götürmək istəyir

18:27 - 14 Aprel 2023

Gələn mövsüm çempionluğa oynayacaq “Neftçi” yayda heyətini buna uyğun formalaşdıracaq.

Sportal.az Futbolinfo.az-a istinadən xəbər verir ki, Bakı klubu transfer siyahısını hazırlamaqda davam edir.

Xüsusən yerli oyunçu baxımından gücünü artırmaq istəyən “ağ-qaralar” əsas diqqətini “Qarabağ”ın futbolçularına yönəldib. Milliləşdirilmiş xorvat yarımmüdafiəçi Filip Ozobiçdən sonra Ağdam klubunun daha bir üzvü “Neftçi”nin hədəfinə düşüb.

Rəhbərlik müdafiənin sol cinahında Toral Bayramovu görməkdə maraqlıdır. 22 yaşlı milli üzvünün bu mövsüm Elvin Cəfərquliyevin ehtiyat qüvvəsinə çevrilməsi onun “Qarabağ”dan ayrılmaq ehtimalını artırır.

Doğrudur, başda “Qalatasaray” olmaqla, Toralın adı bir neçə xarici klubla birgə hallanır. Lakin bu, heç də inandırıcı görünmür. “Neftçi” onu icarəyə götürmək üçün tezliklə qarşı tərəflə danışıqlara başlayacaq.

Qeyd edək ki, Toral Bayramovun “Qarabağ”la müqaviləsi 2026-cı ilə qədərdir.

Xəbər xətti