"Neftçi" Azərbaycan Premyer Liqasının XXX turunda doğma meydanda "Qəbələ"yə 1:2 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, matçdan sonra təşkil olunan mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Laurentsiu Regekampf jurnalistlərin suallarını cavablandırıb:
- Oyuna çox pis başladıq. Topa sahib ola bilmirdik, sürətli oynamırdıq. Matçdan əvvəl də danışmışdıq ki, rəqib bizə pressinq tətbiq edəcək. Bunu üstələmək üçün yaxşı ötürmələr etməli idik. Belədə, oyununuz açılmalı idi. Amma bəxtimiz gətirmədi. Qapımızda ilk qolu gördük. Futbolda bəzən belə hallar baş verir. Bu haqda danışmaq istəmirəm. İkinci qol penaltidən oldu. Hakim elə qərar veribsə, deməli penalti idi. Bu da olmalı deyildi. Top Ömərə gəlir, təkdir, təzyiq yoxdur. Topu saxlaya bilər. Ötürməni mərkəzə yox, cinaha etmək lazımdır. Həmin epizoddan sonra penalti verildi. Bundan sonra oyunda dönüş yaratmağa çalışdıq. Yaxşı epizodlarımız oldu. Düşünürəm ki, o cür buraxılan iki qol gənc oyunçular üçün problem yaratdı. Ona görə də fasilədən sonra üç dəyişiklik etmək qərarı verdim. Bu gün gənc futbolçulara daha çox şans vermək istəyirdim. Amma reaksiya göstərməli idik. Düşünürəm ki, yaxşı oldu. Qol vurduq, şanslarımız oldu, yararlana bilmədik. Oyun heç-heçə bitsəydi, sevindirici olardı. Çünki, matça yaxşı başlamamışdıq. Rəqibə böyük hədiyyə etmiş olduq. Bir neçə gündən sonra çox vacib kubok oyunumuz var. Bilirəm ki, hamı bu matça hazır olacaq. Oyunçularım başqa reaksiya göstərəcəklər. Süni örtüklü meydançadır, tribunalar da dolu olacaq. Futbol üçün yaxşı atmosfer olacaq. Kifayət qədər təcrübəli futbolçularımız var. Pozitiv düşünməliyik.
- Hiss olunur ki, daha çox kuboku düşünürsüz...
- Xeyr. Bu, həqiqət deyil. Hamı oyunu köklənmişdi. Həmişə növbəti matçı düşünmüşük. İndidən "Turan Tovuz"la oyunu düşünə bilməzdik. Qələbələrə davam etmək çox vacib idi. Çünki, hər qələbə yaxşı atmosfer verir. Bu gün ən yaxşı heyəti meydana buraxmağa çalışdım. Matçdan əvvəl Azər Əliyev zədələndi. İsmayıl Zülfüqarlı və Ömər Buludov bundan əvvəlki matça sonradan yaxşı daxil olmuşdular. Düşünürəm ki, bu gün oynamağa layiq idilər. Fərid də son qarşılaşmada yaxşı oyun göstərmişdi. Bu gün də onlardan narazı qalmadım. Gənc oyunçulardır. Öyrənməli, oynamalıdırlar. Bilirik ki, onlar səhvlər edə bilərlər. Oynamasalar necə inkişaf edə bilərlər? Eddi İsrafilov uzunmüddətli zədədən qayıdıb. Planda onu 30 dəqiqə oynatmaq var idi. Amma hesaba görə ikinci hissədə oyuna daxil etməli olduq. Fərid sarı vərəqə görmüşdü, ikinci sarıya meyilli idi. Ataa Caber və Vato Arveladze zədəlidir. Əlimizdə olan yeganə seçimlər idi. Düşünürəm ki, komandada kifayət qədər keyfiyyət var. Nəticəni neqativ görmürəm. Bu, bizim üçün soyuq duş oldu. Oyanmalıyıq. Çünki, bizi kubokda çox çətin oyun gözləyir. Öz oyunçularıma, komandama inanıram.
Matçın əvvəli niyə pis alındı?
- Bayaq dediyim kimi, bizim üçün çox pis gecə oldu. Futbolda belə şeylər baş verir. Futbolçular robot deyillər. Onların da pis anları ola bilər. Dərhal analiz etsək, çox şey görə bilərik. Amma bir neçə gün sonra vacib oyunumuz var. Bu ay bizim üçün çox vacibdir. Əlbəttə ki, oyunu təhlil edib səhvlərə baxacağıq.
- Əsas rəqiblərinizin qarşılaşacağı həftədə məğlub olmağınız psixoloji cəhətdən necə təsir edəcək?
- Düşünürdük ki, yaxşı oynayıb qələbə qazanaq. Bizim günümüz olmadı. İrəliyə baxmalıyıq. Əlbəttə üzücüdür, amma artıq gecdir.
- Kubokda favorit "Neftçi"dir. Bu, üzərinizdə təzyiq yaratmır?
- Bunun təzyiq yaratmağı normaldır. Biz artıq buna öyrəşmişik. Hər matçı təzyiq altında oynayırıq. Hamımız "Neftçi"nin nə anlam ifadə etdiyini dərk edirik. Fanatların nə istədiyini bilirik. Onlar istəyir ki, komandaları hər matçda yaxşı oynasın. Əlimizdən gələnin ən yaxşısını etməliyik. İndidən finalı fikirləşə bilmərik. Bizə növbəti oyunda qələbə qazanmaq lazımdır.
- Qısa müddətdən sonra uzun səfərə gedəcəksiz. İlk oyunun Bakıda olmağını istəyərdiniz?
- Mənim üçün fərq etmir. Təqvim belədir. Orada qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
- Millidən qayıdandan sonra Höccət Haqverdi əsas heyətdə az şans qazanır. Bunun səbəbi nədir?
- Son oyunda Höccət heç də yaxşı təsir bağışlamamışdı. Onunla bu barədə danışmışam, fikrimi bildirmişəm. Höccət ağıllı oyunçudur. Ona vəziyyəti başa salmışam. Hər ana hazır olmalıdır, özünə də demişəm. Çünki, mənim üçün çox vacib futbolçudur. Yaxşı formada olmayacağı periodu da görə bilərik. Mən baş məşqçiyəm. Oyunçularla eyni cür davranmalıyam.
Elçin Əlixan
saytlarin hazirlanmasi