Misli Premyer Liqasının "Kəpəz" - "Turan Tovuz" (1:0) matçından sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, Abbasov komandasının Qəbələdəki məğlubiyyətini şərh edib:
"Maraqlı oyun alındı. Bilirdik ki, derbidir. "Kəpəz" bu il bizə qalib gəlməmişdi. Qələbə qazanmaq istəyirdilər. Meydanda 10 nəfərlə qalmağımız planlarımızı da pozdu. Rəqib ilk dəqiqələrdə əks-hücum zamanı qol vurdu. Əslində, bizim də qol imkanlarımız var idi. Ancaq 10 nəfərlə mübarizə aparmaq çətin idi. Çempionat davam edir. Bütün komandalar xal qazanmaq istəyir. Bu matçı unudub kuboka köklənməliyik. Orada şansımız var. Bu şansadan istifadə etməyə çalışağıq.
- Sanki 10 nəfərlə daha yaxşı oynayırdız...
- Meydanda azlıqda qalanda futbolçular daha çox motivasiyalı, istəkli olur.
- Tovuzda "Şamaxı"ya qarşı keçirilən görüşdən sonra səslənən "istefa" şüarları komandaya necə təsir edib?
- Klub olaraq bunu çox böyütmək istəmirik. Bu gün azarkeşlərimiz yanımızda idi, bizi dəstəklədiklər. Bu gün inkişafın ilk mərhələsindəyik. Belə maneələr olacaq.
- Natan Oduva və Runi Evanı əvəzləməyinizin səbəbi nə idi?
- Oduva tam hazır deyildi. İstəyirdik ki, 60-70 dəqiqə meydanda olsun. Runidə də yorğunluq var idi. Onun əvəzinə meydana Belajdi Pusini buraxdıq. Oyuna yaxşı qoşuldu, təhlükəli vəziyyətlər yaratdı. Bizə gümrah oyunçu lazım idi.
- Komandanı kubok oyununa motivasiya etmək çətin olmayacaq?
- Əlbəttə çətindir. Amma futbolçulara inaıram. Qarşımıza məqsəd qoymuşuq. Ona çatmağa çalışacağıq. Futbolçularla əl-ələ verib vəziyyətdən çıxacağıq.
- "Neftçi" çempionatdakı oyununu bir gün gün əvvəl oynayıb. Onların sizdən daha çox istirahət etməsi oyuna təsir edə bilər?
- Bir gün böyük vaxtdır. Amma bu bəhanə olmamalıdır.
- Yerli futbolçuların keyfiyyəti sanki aşağıdır. Bu barədə fikriniz necəir?
- Qarşımıza qoyulan məqsəd nədir? Konftrans Liqası hədəfi olsa, sizinlə razıyam. Komandada gənclər, təcrübəlilər var. Bu gün belə məğlubiyyətlər olmalıdır. Səbrsiz olsaq, gələn mövsüm bizim üçün çətin alınar. Keyfiyyəti də artırmaq üçün yeni oyunçular lazımdır. Ancaq bu gün gileylənməli deyilik. Hər şey yavaş-yavaş olacaq.
- Sizcə, ötən tur "istefa" şüarlarının səbəbi nə idi?
- Azarkeşlər iki hissəyə bölünüb. Əsas məqsəd Premyer Liqada qalmaqdır. Bunu bəziləri bilirlər. Premyer Liqadakı yeri qorumaq lazımdır. Üç-dörd turdan sonra böyük nəticələr istəsək, uduza bilərik. Səbrli olmalıyıq.
- Səfərdə daha yaxşı oynayırsız. Bu, nə ilə bağlıdır?
- Bu il belə alındı ki, səfərdə daha çox xal qazandıq. Bəlkə də, futbolçular evdə qalib gəlməyi daha çox istəyirlər. Ola bilər ki, təzyiq mane olur. Amma evdə də çox yaxşı oyunlarımız olub. Hər dəfə biz qalib gələ bilmərik. Azarkeşlərimiz də bunu öyrənəcək.
- Matçın sonunda baş verən insidentin səbəbi nə idi?
- Oyunun aqressiyası yüksək idi. Futbolçular bəzən bir-birinin sözünü qəbul etmirdi. Mübahisəyə səbəb "Kəpəz" futbolçusunun azarkeşlərə jesti oldu. Amma söhbət derbidən gedir. Bu cür hadisələrin olması normaldır.
Elçin Əlixan
saytlarin hazirlanmasi