"Turan Tovuz" Azərbaycan Premyer Liqasının XXX turunda səfərdə "Kəpəz"ə 0:1 hesabı ilə məğlub olub.
Tovuzluların futbolçusu Tərlan Quliyev qarşılaşmadan sonra Sportal.az saytına açıqlama verib. Son vaxtlar heyətə düşən bilməyən 31 yaşlı mərkəz müdafiəçisi bunu zədə və xəstəliklə əlaqələndirib:
"Neftçi" ilə oyundan sonra ayağımda yüngül zədə oldu. Buna görə bir həftə məşq etmədim. Məşqlərə başlayandan sonra isə xəstələndim. Bir tur zədəyə görə, bir tur da xəstəliyə görə oynaya bilmədim. Çempionatın elə dönəmidir ki, heyətdə rotasiyalar olur. Məşqçilərin qərarına hörmətlə yanaşıram. Özümü yaxşı hiss edirəm. Hər an oynamağa hazıram".
Oyundan sonra "Kəpəz"in yarımmüdafiəçisi Mate Kvirkviya ilə mübahisə etdiyi üçün qırmızı vərəqə görən Tərlan Quliyev həmin hadisə haqda danışıb. Təcrübəli futbolçu rəqib oyunçunun onu qıcıqlandırdığını deyib:
"Oyun bitəndən sonra rəqibin futbolçusu Ahmed Ayzaya qeyri-etik hərəkət etdi. Bundan sonra bizim uşaqlar onun üzərinə getdilər. Orada çaxnaşma düşdü. Mən uşaq deyiləm, neçə ildir ki, futboldayam. Bilirəm ki, kiməsə əl atsam, qırmızı vərəqə görəcəm. "Kəpəz"in futbolçusu Mate Kvirkiya qıcıqlandırıcı hərəkət etdi. "Kəpəz"in oyunçularını tanıyıram. Mate qıcıqlandırıcı futbolçudur. Qabağıma çıxdı və toqquşduq. Toqquşandan sonra onun çiynindən tutmaq istəyirdim. Ola bilər ki, bərk alındı. Amma orada vurmaq olmayıb. Yalandan özünü yerə atdı. Bilmirəm necə qərar verəcəklər".
Elçin Əlixan
saytlarin hazirlanmasi