"Neftçi"nin müdafiəçisi İsmayıl Zülfüqarlı Sportal.az saytına açıqlama verib. "Ağ-qaralar"ın futbolçusu heç bir klubla danışıq aparmadığını və hazırkı komandasında qalmağı planlaşdırdığını bildirib. Premyer Liqada mübarizə aparan bir neçə klubun transfer siyahısında yer alan İsmayıl "Neftçi"də oynamağa davam edəcəyini deyib:
"Neftçi" ilə gələn mövsümün sonuna qədər müqaviləm var. Heç bir klubla danışıq aparmamışam. Necə olacağını görəcəyik".
22 yaşlı futbolçu "Neftçi"nin yetirməsidir. Onun adı "Qəbələ" və "Turan Tovuz"la hallanır.
Mirbağırağa
saytlarin hazirlanmasi