"Turan-Tovuz" və "Neftçi" ölkə kubokunun yarımfinal matçına itkilərlə hazırlaşır.
Sportal.az xəbər verir ki, həm ev sahibi, həm də bakılılar oyuna tam heyətlə çıxa bilməyəcək.
Ayxan Abbasov nə Tərlan Əhmədli, nə Ehtiram Şahverdiyevin xidmətindən istifadə edə biləcək. "Neftçi"də isə Azər Əliyev oyunun iştirakçısı olmayacaq. Bununla yanaşı, Ataa Caber və Vato Arveladze sıraya qayıdıb. Laurentsiu Regekampf hər iki futbolçunun xidmətindən istifadə edəcək.
“Turan-Tovuz” – “Neftçi” matçı sabah Tovuz Şəhər Stadionunda keçiriləcək və saat 16:00-da başlayacaq.
saytlarin hazirlanmasi