Bu mövsüm "Kəpəz"dəki effektiv oyunu ilə diqqəti üzərinə çəkən Ahmed Ayzaya yeni mövsüm başqa komandada oynaya bilər.
Sportal.az saytına verilən məlumata görə, demək olar ki, 27 yaşlı futbolçunun xidmətində Premyer Liqamızın əksər klubları maraqlıdır.
Həmin klublar arasında "Neftçi"nin də adı var. Belə ki, paytaxt təmsilçisinin də yeni mövsüm üçün nigeriyalı futbolçunu heyətinə qatmaq istədiyi iddia olunur.
Yayda "Zirə"dən ayrılaraq "Kəpəz"ə keçmiş Ahmedin Gəncə klubu ilə müqaviləsi 2023-cü il iyunun 30-da başa çatacaq. Karyerası ərzində "Ribeyrao", "Oliveyrense", "Vilaverdense", "Jil Visente", "Varzim", "Sportinq Kovilya" klublarında oynamış Ayzaya bu mövsüm 26 oyunda 4 qol, 1 assistlə yadda qalıb.
saytlarin hazirlanmasi