Laurentsiu Regekampf: "İnanıram ki, komandam geridönüş edəcək"

18:30 - 19 Aprel 2023

"Neftçi" Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda səfərdə "Turan Tovuz"a 0:1 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Laurentsiu Regekampf jurnalistlərin suallarını cavablandırıb:

- Oyunumuzdan və hesabdan narazı qaldım. Oyunu çox çətinləşdirdik. Öz səviyyəmizdə oynamadıq. Bir neçə futbolçu bu gün öz səviyyəsinə çata bilmədi. Bu haqda düşünməliyik. Çempionat matçına və kubok oyununa hazırlaşmaq üçün bir neçə günümüz var. Hazırda yaxşı görünmürük. Futbolçularıma yüz faiz inanıram. Onlar növbəti matçda nəticəni dəyişə biləcəklər və bizi finala daşıyacaqlar. 

- Komandanın yaxşı görünməməsinin səbəbi nə idi?

- Çoxlu səbəblər ola bilər. Ən böyük səbəblərdən biri süni örtüklü meydançadır. Futbolçularımla çoxlu söhbət edirəm. Çalışıram onların fikrini yayındırım ki, meydança haqda çox düşünməsinlər. Səbəb axtarmaq lazım deyil. Yaxşı oynamadıq. Yaxşı oynamsan belə, meydanda mübarizə aparmalısan. Cavab matçında rəqibə başqa üzümüzü göstərməli olacağıq.

- Meydanda mübarizə var idi. "Neftçi"nin hücumda "dişsiz" olmağının səbəbi nədir?

- Düzgün vurğuladız. Mən də eynisini dedim. Sadə oynamadıq. Buna görə də oyunu çətinləşdirdik. Epizodlar var idi ki, bir toxunuşla oynayıb, təhlükə yarada bilirdik.

- Bu gün "Turan Tovuz"un qələbə qazanmasında əsas amil nə idi?

- Matçdan sonra futbolçularımla söhbət etdim. Onlara da dedim ki, çox danışmalı, çoxlu səbəb axtarmalı deyillər. Çünki, onlar bu gün "Turan Tovuz"un meydanda etdiklərini edə bilmədilər. Rəqib oyunçular həm mübarizə apardılar, həm qaçdılar. İçlərində belə hiss var idi ki, hər top uğrunda mübarizə aparmalıdırlar. Həmişə sadə və uzun oynamağa çalışırdılar. Biz bunu şərh etməli deyilik. Çünki bu, onların oyun üslübudur. Əllərinə düşən şansdan yararlana bilirlər. Cavab görüşünə yaxşı hazırlaşmalıyıq. İnanıram ki, komandam geridönüş edəcək. Bu cür vəziyyətlərə artıq öyrəşmişik. 

- Sıx qrafikdəsiz. Əsas gücü kuboka qoyub çempionat oyununda heyətdə rotasiya edəcəksiz?

- Bu suala cavab verə bilmərəm. Bakıya qayıtmağa 3-4 saatlıq yolumuz var. Sabahkı məşqdə hansı oyunçularımızda problem olduğuna baxmalıyıq. "Səbail"lə matça əlimizdə olan ən yaxşı heyəti buraxacağıq. Futbolçularım asanlıqla üç gündən bir oynaya bilərlər. 

- Tovuzdakı azarkeş dəstəyini Rumıniya ilə necə müqayisə edərdiniz?

- Atmosfer mükəmməl idi. Onlar bu gün 12-ci oyunçu kimi çıxış etdilər. Stadionda belə halları görmək çox gözəldir. Rumıniyada bü cür atmosfer olan kifayət qədər stadionlar var. 

- VAR-ın ləğv etdiyi penalti epizodu haqda nə deyə bilərsiz?

- Görməmişəm. Oyundan sonra futbolçularımla danışdım. Onu deyə bilərəm ki, oyun dayanmasaydı, top Emin Mahmudovun qabağına düşəcəkdi. Həmin epizodda qol vura bilərdik. Hakim epizodun bitməyini gözləyib daha sonra VAR-a baxsaydı, daha yaxşı olardı. 

- Cavab görüşündə ilk dəqiqələrdən hücum edəcəksiz, yoxsa ehtiyatlı oynayacaqsız?

- Finala yüksəlməliyik. Bunun üçün də qollar vurmaq lazımdır. "Bakcell Arena"da nələrin baş verəcəyini bilirik. Çünki ora gələn komandalar futbol oynamağa çalışır. Hətta "Turan Tovuz" da nələrsə etməyə çalışacaq. Öz oyunumuzu oynamağa və finala yüksəlməyə çalışacağıq.

- Nəyə əsasən komandanızın finala yüksələcəyinə yüz faiz inanırsız?

- Dedim ki, yüz faiz əminəm ki, futbolçularım tam fərqli oyun göstərəcək. Onların səviyyəsinə inanıram. Bizim yaxşı oyunçularımız var. Onlar normal meydançada oynayacaqlar. Orada istədikləri şeyləri edə biləcəklər. Amma bu, futboldur. "Turan Tovuz"un da şansları olacaq. Mən öz komandam haqda danışıram. Yüz faiz əminəm ki, futbolçularım geridönüş edə biləcəklər. 

Elçin Əlixan

Xəbər xətti