"Neftçi"nin prezidenti 5 oyunluq cəzalandırıldı, klub 4000 manat cərimələndi

13:36 - 20 Aprel 2023

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

19.04.2023-cü il tarixində Azərbaycan Kubokunun ½ final mərhələsinin “Turan Tovuz” – “Neftçi” oyununda “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilir (maddə 39);

19.04.2023-cü il tarixində Azərbaycan Kubokunun ½ final mərhələsinin “Turan Tovuz” – “Neftçi” oyununun fasiləsi zamanı “Neftçi” klubunun prezidenti Kamran Quliyev stadionun tunelinə daxil olaraq oyunun rəsmi şəxslərinə qarşı işlətdiyi ifadələrə görə Azərbaycan Kubokunda 3-ü şərti olmaqla 5 oyun cəzalanır, klub 4000 manat cərimə edilir (maddə 41.4, maddə 32). Sınaq müddəti 6 ay təyin edilsin.

Xəbər xətti