"Turan Tovuz" Azərbaycan Premyer Liqasının XXXI turu çərçivəsində doğma meydanda "Sabah"ı qəbul edir.
Sportal.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi bu qarşılaşmada ciddi itki ilə üzləşib. Tovuzluların qapıçısı Tərlan Əhmədli görüşün 48-ci dəqiqəsində zədələnib.
28 yaşlı qolkiper oyunu davam etdirə bilməyib. Onun əvəzinə Mehman Hacıyev meydana daxil olub. Hacıyev cari mövsümdə Premyer Liqada ilk matçına çıxıb.
Qeyd edək ki, hazırda ikinci hissəsi davam edən "Turan Tovuz" - "Sabah" qarşılaşmasında qonaqlar hesabda 1:0 öndədir.
saytlarin hazirlanmasi