"Neftçi" Azərbaycan Premyer Liqasının XXXI turunda səfərdə "Səbail"lə 1:1 hesablı heç-heçə edib.
Sportal.az xəbər ki, qarşılaşmadan sonra "ağ-qaralar"ın hücumçusu Yeqor Boqomolski klub televiziyasına açıqlama verib. "Neftçi"nin yeganə qolunu vuran belaruslu forvard növbəti oyunlarda da bunun davamını gətirməyə çalışacağını bildirib:
"Əlbəttə ki, belə oyunda xal itirmək bizi məyus edir. Amma rəqib komandanın da əziyyətini yerə vurmaq olmaz. Sona qədər mübarizə apardılar. Nəticədə oyun heç-heçə bitdi. Hər zaman komandaya kömək etməyə hazıram. Qol vurdum. Yaxşı hissdir. Çalışacam ki, növbəti matçlarda da bunun davamını gətirim".
Boqomolski Azərbaycan Kuboku yarımfinal mərhələsinin "Turan Tovuz"la keçirəcəkləri cavab görüşü haqda da danışıb. 23 yaşlı hücumçu finala çıxacaqlarına ümid etdiyini deyib:
"Mövsümün ən vacib oyununa çıxacağıq. Yaxşı hazırlaşacağıq. Ümid edirəm ki, finala çıxan tərəf biz olacağıq. Bütün azarkeşlərimizi stadiona dəvət etmək istəyirəm".
Elçin Əlixan
saytlarin hazirlanmasi