"Neftçi" hücumçusu Yeqor Boqomolski ilə yollarını ayırmaq istəyir.
Sportal.az saytına verilən məlumata görə, "ağ-qaralar" ən pis halda, belaruslu forvardı yayda başqa kluba icarəyə göndərəcək.
Mənbənin iddiasına görə, Boqomolskinin xidmətində maraqlı olan klublar var.
Onlardan biri Qazaxıstanın “Kaspi” klubudur. Aktau təmsilçisi yayda 22 yaşlı futbolçunu icarəyə götürmək üçün hərəkətə keçəcək.
Belarus millisinin üzvü “Dinamo”(Minsk), “Dinamo”(Brest), “Rux”(Brest), “Minsk” klublarında oynadıqda sonra 2022-ci ildə “Neftçi”yə keçib.
saytlarin hazirlanmasi