"Turan Tovuz" Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində səfərdə "Neftçi"nin qonağıdır.
Sportal.az xəbər verir ki, bu oyunda qərb bölgəsi təmsilçisinin müdafiəçisi Şəhriyar Əliyevin dila qatlanıb. Həkimlərin müdaxiləsindən sonra 31 yaşlı müdafiəçi özünə gəlib və oyunu davam etdirə bilib.
Təcrübəli futbolçu bir neçə dəqiqə sonra yenidən yerə yıxılıb. Buna baxmayaraq o, meydanda qalıb.
Qeyd edək ki, "Neftçi" - "Turan Tovuz" qarşılaşmasında hazırda fasilədir və hesab açılmayıb.
saytlarin hazirlanmasi