"Neftçi"nin məqsədi mövsümü kubokla başa vurmaqdır"

14:00 - 28 Aprel 2023

“Neftçi”nin qapıçısı İvan Brkiç Azərbaycan kubokunun “Turan Tovuz”la yarımfinal mərhələsinin cavab matçında qazanılan 2:0 hesablı qələbəni şərh edib.

Sportal.az xəbər verir ki, “Vecernji List”ə açıqlama verən xorvatiyalı qolkiper finala vəsiqə qazanmaqları barədə danışıb:

“Tovuzdakı məğlubiyyətin təsadüf olduğunu göstərdik. Cavab oyununda layiqli qələbə qazanaraq finala yüksəldik. Amma çox çətin oyun alındı. Komanda matça səbirli yanaşdı və sona qədər də eyni formada oynadı. Kubokun həlledici oyunu bizim stadionda baş tutacaq. Bu bizə üstünlük verəcək. “Neftçi”nin məqsədi mövsümü kubokla başa vurmaqdır”.

Xəbər xətti