“Neftçi”də yayda transfer edilən və heç cürə özünü göstərə bilməyən Vato Arveladze ilə bağlı yekun qərar qəbul edilməyib.
Sportal.az saytına verilən məlumata görə, öncə gürcü hücumçunun mövsüm sonunda komandadan göndəriləcəyi dəqiq idi.
Amma mənbənin iddiasına görə, klub 25 yaşlı forvarda daha bir şans vermək istəyir. Lakin bu, "Neftçi"nin ölkə kubokunda göstərəcəyi nəticədən asılı olacaq.
Ən yaxşı halda, onunla mövsüm sonunda müqavilə müddətinin daha bir illik artırılması gündəmə gələ bilər.
Meydana çıxdığı 17 matçda qol vura bilməyən, yalnız iki məhsuldar ötürmə ilə yadda qalan gürcünün özünün də “Neftçi”də qalmaq istədiyi iddia olunur. “Lokomotiv”(Tbilisi) yetirməsi olan forvard “Neftçi”yə qədər “Korona”(Polşa), “Fatih Karagümrük” formaları geyinib.
saytlarin hazirlanmasi