"Neftçi"nin forvardı Mateus Saldanya Premyer Liqanın 32-ci turunun "Qarabağ"a məğlubiyyəti (2:4) şərh edib.
Sportal.az xəbər verir ki, "CBC Sport"a danışan braziliyalı bunları deyib:
"Bu mövsüm əsas məqsədimiz ölkə kubokunu qazanmaqdır. Daha yaxşı əhval-ruhiyyədə finala çıxmaq üçün çempionat oyunlarında uğurlu çıxış etməyə çalışacağıq. Düşünürəm ki, meydanda eyni sayda qalsaydıq, oyunu bərabərləşdirə bilərdik".
saytlarin hazirlanmasi