"Turan Tovuz"un futbolçusu Belajdi Pusi Sportal.az saytına açıqlama verib. Qərb klubunun albaniyalı hücumçusu Misli Premyer Liqasının 33-cü turunda "Neftçi" ilə qarşılaşacaq komandasının xal qazanacağına inandığını dilə gətirib. Pusinin fikrincə, "Turan Tovuz" istənilən rəqibdən xal ala biləcək komandadır:
"Matça çox yaxşı hazırlaşmışıq. Son turda da qalib gələ bildik. Qarşıda bizi "Neftçi"yə qarşı matç gözləyir. Bu görüşdə üç xal qazanmaq üçün sona qədər mübarizə aparacağıq. Amma çətin görüş olacağını anlayırıq. İstənilən halda, biz özümüz də güclü komandayıq. Qalib gəlmək gücündəyik. Qarşıdakı bütün matçlarımızda uğurlu nəticə qazanmaq niyyətindəyik. Daha çox xal toplamaq üçün ən yaxşısını edəcəyik".
Mirbağırağa