"Turan Tovuz" un yarımmüdafiəçisi Piruzi Markvaladze Sportal.az saytına müsahibə verib.
- "Qəbələ"yə qarşı qələbəni necə şərh edirsən?
- İnanırdım ki, qalib gələcəyik. Bunu da oyunda göstərdik. Çox xoşbəxtəm. Çünki son üç turda qalib gəlmişik.
- Rəqibiniz son dəqiqədə 9 nəfərlə qalmışdı. Bu, sizin qələbənizdə önəmli rol oynadı?
- Əlbəttə ki, bu, bizə kömək oldu. Amma unutmayaq ki, biz ilk qolu vuranda meydanda eyni saydaydıq. Amma hər halda, biz yaxşı oynadıq.
- " Turan Tovuz" Premyer Liqadakı yerini qoruyub-saxlaya bildi. Məqsədinizə çatdınız?
- Şadam ki, bunu bacardıq. Premyer Liqada qalmaq əsas məqsədimiz idi. Bunu bacardıq və hamımız xoşbəxtik.
- "Neftçi" üzərində 4:0 qələbə qazana bildiniz. Revanş almış oldunuz?
- Oyuna çox yaxşı hazırlaşmışdıq. Biz çempionat oyununda sübut etmək istəyirdik ki, kubokdam çıxmağa layiq olmadığımızı göstərək. Bunu da etdik.
- "Turan Tovuz" son üç görüşdə "Zirə", " Neftçi" və "Qəbələ"yə qalib gəldi. Bunu necə bacardınız?
- Doğrudur, biz güclü rəqiblərə qalib gəldik. Amma bu, təsadüf nəticəsində olmadı. Çox çalışdıq və bu cür rəqiblər üzərində layiqli qələbələr qazandıq. Asan deyildi. Amma etdik.
- Yeni mövsüm "Turan Tovuz"da qalacaqsan?
- "Turan Tovuz"da çox yaxşı atmosfer var və komandada hamıya qarşı da münasibət əladır. Bu, komamdada qalmağımı düşünməyə məni vadar edir. Amma bu futboldur da, görək hadisələr necə cərəyan edəcək.
Mirbağırağa
saytlarin hazirlanmasi