AFFA-nın milliyə cəlb etmək istədiyi futbolçu bölgə klubu ilə anlaşdı

11:34 - 19 May 2023

"Turan Tovuz" yayda heyətinə cəlb etdiyi Ayxan Quseynovu buraxmaq niyyətində deyil.

Sportal.az saytına verilən məlumata görə, bölgə klubunun rəhbərliyi yarımmüdafiəçi ilə müqavilə müddətini uzatmaq üçün bir müddətdir danışıq aparır.

"Zenit"in yetirməsi ilə artıq razılıq əldə edilib. 23 yaşlı futbolçu növbəti mövsümü də Tovuz klubunda keçirəcək.

Onun hazırkı komandası ilə müqaviləsi 2023-cü il iyunun 30-da başa çatırdı. “Leninqradets”, “Nijniy Novqorod”, “Dolqoprudnıy”, “Ximki”də oynamış Quseynov Azərbaycan çempionatında legioner statusu ilə oynayır.

Əlavə edək ki, AFFA bir müddətdir Quseynovu milliləşdirməyə çalışır.

Xəbər xətti