"Turan Tovuz" legionerlərindən daha birini komandada saxlamaq istəyir.
Sportal.az saytına verilən məlumata görə, Qərb təmsilçisi qışda heyətinə qatdığı Belajdi Pusinin müqavilə müddətini uzatmağı planlaşdırır. Bunun üçün albaniyalı forvardla danışıqlar aparılacaq.
Tərəflər razılıq əldə etsə, Pusi yeni mövsümə də Azərbaycan Premyer Liqasında başlayacaq. “Vlajniya” yetirməsi olan 25 yaşlı hücumçu “Skenderbeu”dan ayrılaraq ölkəmizə gəlmişdi.
saytlarin hazirlanmasi