"Ayxan Abbasovla məsləhətləşdikdən sonra "Turan Tovuz"la anlaşmaq qərarını verdim"

11:22 - 1 İyun 2023

"Turan Tovuz"la artıq anlaşmışıq. Danışıqlar apardıq və götür-qoy etdikdən sonra seçimimi bu komandadan yana etdim. Əslində, "Sumqayıt"la da söhbətimiz var idi. Lakin yaxınlarımla məsləhətləşdim. Təbii ki, Ayxan Abbasovla da məsləhətləşdikdən sonra “Turan Tovuz”la anlaşmaq qərarını verdim".

Bu sözləri Sportal.az saytına açıqlamasında Aydın Bayramov deyib.

2019-cu ildən bu yana "Sumqayıt"ın qapısını qorumuş 27 yaşlı qapıçı yeni mövsümdən "Turan Tovuz"un formasını geyinəcək. O, qərb təmsilçisinin əsas qapıçısı olmaq şanslarını dəyərləndirib: "Güclü rəqabət olacaq. Hansı qapıçının oynayıb-oynamayacağına məşqçilər korpusu qərar verəcək. Tovuzda yaşamağa gəlincə, bu, məni heç düşündürmür. Mənim üçün Tovuzda və ya Bakıda yaşamağın heç bir fərqi yoxdur".

Bayramov cari mövsümün "Sumqayıt" üçün asan alınmadığını deyib: "Komanda şəklində bu sezonu uğurlu adlandırmaq olmaz. Çox çətin günlərdən keçdik. Amma sonda Premyer Liqada qalmağı bacardıq".

Mirbağırağa

Xəbər xətti