“Turan Tovuz”un müdafiəçisi Roderik Miller Panama millisində növbəti oyununa çıxıb.
Sportal.az xəbər verir ki, Nikaraqua yığması ilə görüşdə meydana start heyətində çıxmış Miller sona qədər oynayıb.
O, 84-cü dəqiqədə panamalıların qələbə qolununun müəllifi olub.
Görüş Millerin komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.