Premyer Liqada mövsümü 6-cı pillədə başa vuran "Turan Tovuz" daha bir futbolçusu ilə yola davam edəcək.
Sportal.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi Tərlan Quliyevlə müqaviləni 1 il müddətinə artırıb. Təcrübəli müdafiəçi 2023/2024-cü illər mövsümünün sonunadək tovuzluların şərəfini qoruyacaq.
"Turan Tovuz" Tərlan Quliyevi mövsümün əvvəlində heyətinə qatıb. 31 yaşlı mərkəz müdafiəçisi komandanın heyətində meydana çıxdığı 27 rəsmi matçda 1 qol vurub.
Qeyd edək ki, "Turan Tovuz" qapıçılar Kamal Bayramov və Tərlan Quliyev, yarımmüdafiəçi Ayxan Quseynovla da sözləşmənin müddətini uzadıb.
saytlarin hazirlanmasi