KONKAKAF Millətlər Liqasında yarımfinal mərhələsinin oyunları keçirilib.
Sportal.az xəbər verir ki, "Turan Tovuz"un müdafiəçisi Roderik Millerin formasını geyindiyi Panama millisi Kanada ilə qarşılaşıb. Matç kanadalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Roderik Miller bu görüşün iştirakçısı olmayıb. 31 yaşlı müdafiəçi sonadək ehtiyatda qalıb.
Digər finalçı isə Meksikanı 3:0 hesabı ilə məğlub edən ABŞ millisi olub.
saytlarin hazirlanmasi