"Turan Tovuz"un icraçı direktoru Nadir Nəbiyev Sportal.az saytına açıqlama verib.
Klub rəsmisi mətbuatda Qərb təmsilçisinin "Levski"nin sabiq üzvü Martin Petkovu transfer etməsi ilə bağlı çıxan xəbərlərə münasibət bildirib. O, 20 yaşlı futbolçu ilə iki illik müqavilə imzaladıqlarını etiraf edib:
"Neçə müddətdir ki, Petkovu məşqçilərimiz izləyirdi. Uzun danışıqlardan sonra iki illik müqavilə imzaladıq. O, Bakıdakı toplanış zamanı bura gələcək. Ümid edirəm ki, yeni transferlər komandamıza tez uyğunlaşacaq və faydalı olacaqlar".
Nəbiyev həm də, komandanın aparıcı futbolçusu Runi Evanın "Turan Tovuz"da qalıb-qalmayacağına şərh verib: "Runi Eva məsələsi hələ ki, açıq olaraq qalıb. Natan Oduva ilə məsələ isə bitib. Ola bilər ki, yenə gedənlər oldu. Ayxan Abbasovun verəcəyi qərardan asılıdır".
Mirbağırağa
saytlarin hazirlanmasi