"Turan Tovuz" yeni mövsüm üçün heyətini gücləndirməyə davam edir.
Sportal.az saytına verilən məlumata görə, Qərb təmsilçisi U-21 yığmamızın sabiq üzvü olan Sərtan Taşkınla anlaşıb.
Tovuz klubu 25 yaşlı müdafiəçi başa çatan mövsümdə “Zirə”nin formasını geyinmişdi. Mənbənin məlumatına görə tərəflər bir illik müqavilədə razılığa gəlib.
Taşkın “Keşlə”(indiki “Şamaxı”), “Sumqayıt” komandalarında oynamışdı.
saytlarin hazirlanmasi