Premyer Liqada son mövsümü 6-cı pillədə başa vuran "Turan Tovuz"da ayrılıq gerçəkləşib.
Sportal.az saytına verilən məlumata görə, qərb bölgəsi təmsilçisi Cavid Tağıyevlə yola davam etməyəcək. Tərəflər yeni müqavilə ilə bağlı razılıq əldə etməyiblər.
Qeyd edək ki, Cavid Tağıyev "Turan Tovuz"a mövsümün əvvəlində keçmişdi. Azərbaycan milli komandasının sabiq üzvü olmuş 30 yaşlı vinger komandanın heyətində 12 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi