Panama millisinin üzvü: "Turan Tovuz"da vurduğum qollar mənə inam verdi"

23:11 - 8 İyul 2023

Panama millisinin və “Turan Tovuz”un müdafiəçisi Roderik Miller məhsuldarlığından danışıb.

Sportal.az xəbər verir ki, “RPC TV”yə danışan 31 yaşlı futbolçu Azərbaycan çempionatında qollar vurmasını xüsusi dəyərləndirib:

"Son vaxtlar klubumda çox qol vururdum. Bu, mənə inam verdi. Milli komandaya çağırılanda isə öz-özümə dedim ki, qol vurmaq istəyirəm".

31 yaşlı futbolçu martın 22-də “Turan Tovuz”la müqavilə imzalamışdı.

Xəbər xətti