Şimali Amerika, Mərkəzi Amerika və Karib hövzəsi (KONKAKAF) Qızıl Kubokunda finalçılar məlum olub.
Sportal.az xəbər verir ki, həlledici görüşə vəsiqə uğrunda Panama və ABŞ milliləri üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə başa çatıb.
Tərəflər əlavə vaxtda hərəyə bir dəfə fərqləniblər. Penaltilər seriyasında rəqibini 5:4 hesabı ilə məğlub edən Panama seçməsi finala yüksəlib.
Panama millisinin şərəfini qoruyan "Turan Tovuz"un futbolçusu Roderik Miller bu qarşılaşmanın iştirakçısı olmayıb. 31 yaşlı müdafiəçi sonadək ehtiyat oyunçular skamyasında əyləşib.
Digər finalçı isə Yamaykanı 3:0 hesabı ilə məğlub edən Meksika yığması olub.
saytlarin hazirlanmasi