"Ağır yükləmələr keçmişik, hazırda itirilən gücü bərpa edirik. Bu dönəmdə futbolçular çox əziyyət çəkir. Texniki və taktiki baxımdan axsamalar yaranır. Dünənki yoxlama görüşündə nəticə önəmli deyildi. Daha vacibi yorğunluq altında tapşırıqların icrası idi. Məşqçilər korpusu müəyyən tapşırıqlar verdi. Ümid edirəm ki, az da olsa, bizdən nəsə ala bildilər".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Turan Tovuz"un kapitanı Kamal Bayramov deyib. Qərb təmsilçisinin qolkiperi "Araz Naxçıvan"ı (5:1) yoxlama görüşündə məğlub etmələrindən danışıb. Bununla yanaşı, o, yeni transferlər və komandanın yeni mövsüm avrokuboklar şansı barədə bunları deyib:
"Baş məşqçimiz bütün heyətə güvənir. Onlar da adaptasiya dövründədir. Çalışırıq ki, özlərini rahat hiss etsinlər, tez bir zamanda formalarını bərpa edib lazımı köməkliyi göstərsinlər. Avrokuboklardan danışmaq çox tezdir. Yeni ayağa qaxlmışıq. İndi bu duruşu qorumaq və möhkəmləndirmək lazımdır. Azarkeşlərimizə baxımlı futbol, qələbə sevinci yaşatmağa çalışacağıq. Onlar bizim ən böyük motivasiyamızdı".
Təcrübəli qapıçı ötən mövsüm komandanın aparıcı oyunçularına çevrilmiş Runi Eva və Natan Oduvanın ayrılığına belə reaksiya verib: "Onlar öz işlərini gördü və buradan getdi. Hər ikisinə uğurlar arzulayıram. İdman da daxil olmaqla, heç bir sahədə əvəzolunmaz biri yoxdur".
Tovuz şəhər stadionunda projektorlar quraşdırıldığından "Turan Tovuz" ev oyunlarını axşam saatlarında da keçirə biləcək. Kamalın azarkeşlərinin dəstəyinə ehtiyac olduğunu söyləyib: "Biz azarkeşlərə bağlı komandayıq. Bizi onlarsız, onları da bizi təsəvvür etmək çətindir. Hər biri bizim üçün önəmli şəxsiyyətlərdir. Əgər stadionun dolmaq ehtimalı yaranıbsa, inanıram ki, onlara tribunanın tutumu azlıq edər".
Mirbağırağa
saytlarin hazirlanmasi