Türkiyə toplanışını yekunlaşdıran "Turan Tovuz" istirahətə buraxılıb.
Sportal.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi Premyer Liqanın ilk turunun "Araz Naxçıvan"la matçının hazırlığına sabah başlayacaq. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv mövsümün açılış oyununa Bakıda hazırlaşacaq.
Komandanın heyətində zədəli futbolçu yoxdur. Tovuzlular Muxtar Resbublika təmsilçisi ikə görüşə tam heyətlə hazırlaşacaq.
Qeyd edək ki, "Turan Tovuz" - "Araz Naxçıvan" qarşılaşması 4 avqust tarixində saat 17:00-da Tovuz Şəhər Stadionunda baş tutacaq.
saytlarin hazirlanmasi