Hacı Əliyevin güləş üzrə dünya çempionatının 1/4 final mərhələsində Ermənistan idmançısı Vazgen Tevanyanla üz-üzə gəlib.
Sportal.az xəbər verir ki, bu görüşdə gərginlik yaşanıb. Qarşılaşmanın sonuna yaxın erməni idmançı Hacı Əliyevə başla zərbə vuraraq onu təxribata çəkib.
İdmançımız buna qarşılıq verib. Yığmamızın baş məşqçisi Xetaq Qazyumov xalçaya çıxıb və Hacını sakitləşdirib.
Qeyd edək ki, gürüş Hacı Əliyevin məğlubiyyəti ilə başa çatıb.