"Fənərbaxça"nın futbolçusu Edin Ceko yerli mətbuata açıqlama verib.
Sportal.az xəbər verir ki, 37 yaşlı futbolçu yaşının ona problem yaratmadığını bildirib. Bosniyalı forvard "Fənərbaxça"nı Türkiyənin "Real"ı adlandırıb:
"Mənim üçün yaş sadəcə rəqəmlərdən ibarətdir. Əgər zehni olaraq doğru düşünürsüzsə, fiziki cəhətdən də hazır olursuz. Çünki, nə edəcəyinizi bilirsiz. "Fənərbaxça"nı seçdiyim üçün çox xoşbəxtəm. Burada keçirsiyim iki ayda özümü möhtəşəm hiss edirəm. "Fənərbaxça" Türkiyənin "Real"ıdır".
saytlarin hazirlanmasi