"Qalatasaray" Çempionlar Liqası qrup mərhələsinin 2-ci turu çərçivəsində səfərdə "Mançester Yunayted"in qonağı olacaq.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi bu qarşılaşmada iki futbolçusunun xidmətindən yararlana bilməyəcək. Hakim Ziyeş və Kazımcan Karataş zədə səbəbindən İngiltərə səfərində oynamayacaq.
Hər iki oyunçunun adı oyunun iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Mançester Yunayted" - "Qalatasaray" qarşılaşması sabah Bakı vaxtilə saat 23:00-da baş tutacaq.
saytlarin hazirlanmasi