"Turan Tovuz"un forvardı Belajdi Pusi Sportal.az saytına müsahibə verib. O, komandasının "Qarabağ"la matçdakı 2:2 hesablı bərabərliyindən söhbət açıb.
- "Qarabağ"la matçda bərabərə qala bildiniz. Görüşlə bağlı fikrin necədir?
- Bizim üçün olduqca önəmli xal idi. “Qarabağ”la oyuna çox yaxşı hazırlaşmışdıq. Meydanda da 100 faizimizi verdik. Xal qazanmaq üçün bunu etməliydik. Məncə, işimizin öhdəsindən gəldik və liqanın ən yaxşı komandası ilə matçdan xal qazandıq.
- Oyundan öncə ölkə çempionundan xal alacağınıza inanırdınız?
- Təbii ki, biz “Qarabağ”ı məğlub edəcəyimizə də inanırdıq. Tovuzda azarkeşlərimiz fantastik ab-hava yaradırlar. Onlar bizə əsl güc verirlər. Fanatlarımız bizə motivasiya qazandırır. Onların qarşısında yaxşı nəticə qazanmaq istəyirdik.
- "Turan-Tovuz"un ikinci qolun vurulmasında sənin də əməyin az olmadı. Maksim Medvedevlə mübarizədən sonra top Ayxan Hüseynovun qarşısına düşdü....
- Əsas odur ki, biz təslim olmadıq və sona qədər mübarizəmizi apardıq. İkinci qolumuza gəlincə, fantastik qol idi. Bizim çox güclü mentalitetimiz var. Onu isə sona qədər saxlamalıyıq.
- Ev görüşlərini Tovuzda axşam saatlarında keçirmək necə idi?
- Bəli, bəli, elədir ki, var. Tovuzdakı matçlarımızı axşam oynamaq sadəcə möhtəşəmdir. Bizim əla azarkeşlərimiz var. Fanatlarımızı hər oyunda xoşbəxt etmək, sevindirmək üçün konsentrasiya olmalıyıq.
- Komandanın avrokuboklara yollanmaq şanslarını necə dəyərləndirirsən? Səncə, bu, indiki heyət bunu edə bilər?
- Hər şey mümkündür. Bizim çox yaxşı futbolçularımız, yaxşı personalımız var. Qarşıdakı matçlarda necə olacağını hamımız birlikdə yaşayıb, görəcəyik. Biz sona qədər əlimizdən gələni edəcəyik.
- Növbəti oyununuz "Kəpəz"ə qarşıdır. Azərbaycan derbisində hansı tərəfi daha şanslı hesab edirsən?
- Bu çox vacib görüşdür. “Turan Tovuz” hər zaman olduğu kimi üç xal üçün oynayacaq. 100 faiz hazırlaşıb, maksimumuzu meydanda qoymağa çalışacağıq. İnanıram ki, Allah bizə qalib gəlməyimizə kömək olacaq.
- Azərbaycan çempionatında derbilər çox deyil. "Turan Tovuz"- "Kəpəz" qərb derbisi adlanır. Albaniyada hansı derbiyə bənzəyir?
- Yəqin ki, bilirsiz, Albaniyada ən populyar derbi “Tirana” – “Partizan” matçıdır. Bu görüşdə stadion hər zaman dolu olur. Həqiqətən də çox maraqlı və gərgin görüş gedir.
- "Turan Tovuz"un ötən mövsümkü komandadan daha güclü olduğunu hesab edirsən?
- Məncə, bu mövsüm “Turan Tovuz” daha da güclüdür. Komandamızda futbolçular çoxdur. Hər mövqe üçün iki yaxşı futbolçumuz var, hansı ki, eyni səviyyədədirlər. Bu isə böyük rəqabət deməkdir. Hər bir futbolçu özünü göstərməyə çalışır.
- "Turan Tovuz"un bu mövsüm daha yuxarı pilləyə qalxması sənin Albaniya millisinə dəvətinə kömək ola bilər, yoxsa düşünürsən ki, Silvinyonun səninlə bağlı məlumatın yoxdur?
- Milli komanda hər bir futbolçunun arzusudur. Silvinyonun hər bir alban futbolçu haqda məlumatı var. Albaniya millisinə yollanmaq indi öz əlimdədir. Sadəcə daha çox işləməli, daha çox iş görməliyəm. İnanıram ki, bu baş verəcək. Albaniya millisinə düşməyim realdır, özümə çox inanıram.
Elçin
saytlarin hazirlanmasi